Rusiya Avropanı belə hədələdi

media-hightechnic-468x90

67419“Moskva Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını uzatmasını əsassız və qanuna zidd adlandırıb. Rusiya qarşılıqlı münasibət prinsipindən çıxış edəcək”. Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Mətbuat katibi Moskvanın sanksiya siyasətinin təşəbbüsçüsü olmadığını qeyd etsə də, bu halda qarşılıqlı münasibət prinsipi əsasında çıxış edəcəyini deyib.

Xatırladaq ki, bu gün Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddəti uzadıb. Üzv ölkələrin nümayəndələri sanksiyalar 2016-cı il dekabrın 31-dək uzadılması haqqında qərar veriblər.
Lüksemburqda xarici işlər nazirləri isə bu gün bu barədə qərarı dəstəkləyiblər.

Aİ ötən ilin avqust ayında Rusiyaya qarşı iqtisadi sanksiyalar qəbul ediblər. Sentyabr ayında isə sanksiyaların əhatə dairəsi genişləndirilib. Silah, ikilitəyinatlı texnologiya malların idxal-ixracına embarqo tədbiq edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600