!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya Azərbaycan-Türkiyə strateji müttəfiqliyindən son dərəcə narahatdır” - Sinan Oğan

!Reklam – Yazi

“Dost və qardaş “Bir millət, iki dövlət” anlayışını biz necə görürüksə, Rusiya da Türkiyə ilə Azərbaycanı elə qəbul edir”.

Yenicag.az  xəbər verir ki, bu fikirləri Türkiyənin “Haber Global” kanalına müsahibəsində Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) rəhbəri Sinan Oğan səsələndirib.

Sinan Oğanın sözlərinə görə, Azərbaycan və Türkiyənin müttəfiqliyindən narahat olan Rusiya bu dövrünü Ermənistanı silahlandırmaqla biruzə verir:

“Ruslar hər yerdə bizim qarşımızdadırlar. Ermənistan məsələsində sadəcə, bizim deyil, həm də Azərbaycanın qarşısındadırlar. Çünki ruslara görə, Türkiyə və Azərbaycan iki ayrı dövlət deyil.

Dost və qardaş “Bir millət, iki dövlət” anlayışını biz necə görürüksə, Rusiya da bizi elə qəbul edir. Rusiya Azərbaycan-Türkiyə strateji müttəfiqliyindən son dərəcə narahatdır. Bu narahatlığını da Ermənistanı silahlandırmaqla büruzə verir.

Rusiya Şərqi Aralıq dənizində, Suriyada, Liviyada, Türkiyənin qarşısındadır. Türkiyəni enerji məsələsində özündən asılı vəziyyətə salmaq istəyən Rusiya Türkiyəınin yeni enerji yataqları tapmasını da istəmir.

Moskva Türkiyənin öz gücünü enerji mənbələri kəşf etməyə deyil, bu cür qarşıdurmalara sərf etməyini istəyir”.

Aqil Bəkir

www.yenicag.az

3252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv