!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya banklarında yuan və rupi dövrü başlayır

!Reklam – Yazi

Rusiyanın iki ən böyük bankı “Sberbank” və “VTB” Çin yuanı ilə kredit imkanları təklif edəcək.

Yenicag.az “Habertürk”ə istinadən xəbər verir ki, “Sberbank”ın birinci vitse-prezidenti Aleksandr Vedyaxin tezliklə şirkətlərə yuanla kredit verməyə başlayacağını açıqlayıb.

Vedyaxinin sözlərinə görə, bank gələcəkdə Hindistan rupisi ilə kredit verməyi də planlaşdırır. Hələlik isə rupi ilə kredit tələbi aşağı səviyyədədir.

“VTB”nin Baş İcraçı Direktoru Andrey Kostin də jurnalistlərə açıqlamasında şirkətlərə yuanla kredit verməyə hazırlaşdığını bildirib. O, açıqlamasında: “Hazırda təxminən 450 milyard rubl (təxminən 7,5 milyard dollar) dəyərində 11 layihəni qiymətləndiririk. Bunlar, əsasən, yuan kreditlərinə olan tələbatı əhatə edir”, – deyə vurğulayıb.

Rusiya Mərkəzi Bankı isə, öz növbəsində, bəyan edib ki, indiki zamanda dollar və avrodan istifadə risklər daşıyır. Ona görə də bu valyutalardan uzaqlaşma prosesini sürətləndirməyə ehtiyac var. Bu baxımdan, həmin valyutalarda bank əməliyyatlarını azaltmaq üçün əlavə tədbirlər tətbiq ediləcək.

Gülşən

www.yenicag.az

703
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv