Ermənistanda ölkənin Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə bağlı davam edən müzakirələr eyni zamanda əsassızdır.
Yenicag.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
“İndi Ermənistanda gedən müzakirələrdə hansısa həll yolunun tapılacağını iddia edən insanlar, yumşaq desək, erməni xalqını çaşdırırlar”, – deyə rəsmi vurğulayıb.
Overçuk Ermənistanın Aİ-yə üzvlüyünün mümkün nəticələrini assosiasiyaya qoşulmaq haqqında qanun layihəsinin qəbulu planları fonunda qiymətləndirib. Baş nazirin müavini vurğulayıb ki, İrəvanın Avropa İttifaqına daxil olması Aİİ bazarlarını onun üçün bağlayacaq. Onun fikrincə, iki assosiasiyaya üzvlük bir araya sığmır və bu, onların fəaliyyət prinsipləri ilə minimum tanış olan hər kəsə aydın olmalıdır.
Bundan əvvəl Ermənistan parlamentinin Avropaya inteqrasiya komissiyası respublikanın Aİ-yə daxil olması prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib . Təşəbbüsə fevralın 11-dən baxılacaq.
www.yenicag.az