“Rusiya fəal şəkildə müdafiə döyüşlərinə hazırlaşır” – Ukrayna kəşfiyyatı

media-hightechnic-468x90

“Onlar hazırda birinci və ikinci xətlərdə müdafiə qurğuları inşa etməkdədirlər”.

Yenicag.az pravda.com.ua-ya istinadə xəbər verir ki, bu fikirləri Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin təmsilçisi Vadim Skibitski deyib.

Onun sözlərinə görə, Rusiya bu fəaliyyəti ilə Ukrayna ordusunun əks-hücum əməliyyatlarına qarşı davam gətirməyi düşünür:

“Bu gün hərbi kəşfiyyatın əldə etdiyi məlumata əsasən, Rusiya qoşunları fəal şəkildə müdafiə döyüşlərinə hazırlaşırlar. Onlar hazırda birinci və ikinci xətlərdə müdafiə qurğuları inşa etməkdədirlər.

Rusiya işğal etdiyi Xerson vilayətində ən azı iki-üç müdafiə xətti yaradıb. Eyni zamanda, onlar mövqelərini bərpa etmək üçün ehtiyat qüvvə formalaşdırmağa çalışırlar. Bu məsələdə ciddi problemlərinin olduğu açıq görünür”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa