Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiya gözdağı verdi – Hərbi bazalar raketlər tərəfindən qorunur

Rusiya parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin sədri hərbi bazaların S300 və S400 raketləri tərəfindən qorunduğunu bildirib. 

Yeniçağ.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Rusiya ABŞ-ın raket hücumunu kəskin tənqid edib. Rusiya parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin sədri Viktor Ozerov Lazkiyedəki hava bazası və Tartusdakı dəniz bazasının raketlər tərəfindən qorunduğunu açıqlayıb.
Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İgor Konaşenkov raket hücumlarının uzun zaman öncə hazırlandığını iddia edib:

“Rusiya radarları bazaya düşən 23 raketi müəyyən edib. Digər 36 raketin haraya düşdüyü bəlli deyil. Hücum zamanı təhsil mərkəzi, anbar, təmir üçün bunkerlərdə yerləşən 6 ədəd Mig-23 təyyarəsi və radar sistemi vurulub. Uçuş zolağındakı təyyarələrə və taksi yollarına zərər dəyməyib”

Rusiya KİV-ləri hücum zamanı 4 nəfərin öldüyünü, 2 yaralının isə xəstəxanaya çatdırıldığını qeyd edib. Suriya dövlət televiziyası isə 9 nəfərin öldüyünü açıqlayıb.

Xatırladaq ki, ötən gün ABŞ Suriyaya raket zərbələri endirib. ABŞ bu addımını həmin ərazidən kimyəvi hücumun həyata keçirilməsi iddiasıyla əsaslandırıb.

Yeniçağ.az

 

www.yenicag.az

276