!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya hərbi kontingentinin Azərbaycana yeridilməsinə imkan verilməməli idi” – Əli Əliyev

!Reklam – Yazi

“Rusiya Azərbaycanın güclənməsində qətiyyən maraqlı olmadığını açıq şəkildə büruzə verir”.

elieliyevBu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyanbırn 10-da imzaladıqları üçtərəfli bəyanat əsasında Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin səlahiyyət çərçivəsini aşan fəaliyyətini dəyərləndirən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

Əli Əliyevin sözlərinə görə, sülhməramlı adı altında Rusiya hərbi kontingentinin Qarabağda yerləşdirilməsinə ehtiyac yox idi:

“Sülhməramlıların torpaqlarımıza gəlişinin ssenarisinə baxdığımız zaman onların gəlişinin məramı açıq-aşkar görünür. Qəti mövqeyim bundan ibarətdir ki, Rusiya hərbi kontingentinin Azərbaycana yeridilməsinə heç bir halda imkan verilməməli idi.

Xatırlayırsızsa, İlham Əliyev Şuşanın işğaldan azad edildiyi gün xalqa müraciətində açıq mətnlə bildirdi ki, biz sona qədər gedəcəyik, heç kəs bizi bu yoldan saxlaya bilməz. Bundan cəmi bir gün sonra atəşkəs sənədinin imzalanması ciddi suallar doğurur.

Digər tərəfdən, prezident Əliyev torpaqların işğaldan azad edilməsi məsələsində birmənalı, prinsipial mövqe tutub. Bunu hamımız gördük və əksini iddia etmək olmaz. O, çox uğurlu şəkildə proseslərə rəhbərliyi həyata keçirərək, Ali Baş Komandan funksiyasını icra edib.

Necə ola bilər ki, bu mövqedə olan dövlət başçısı əməliyyatların yarımçıq dayandırılmasına və ərazimizə başqa dövlətin qoşunlarının yeridilməsinə razılıq versin? Aydın məsələdir ki, burada təzyiq faktoru var. Bu təzyiqin əlamətləri Naxçıvan sərhədində vurulan helikopter və həmin gecə Bakıya atılan iki raketdir. Bunu hər kəs gördü, hamı şahiddir.

Dekabrın 10-da – Zəfər Paradının keçirildiyi gün Rusiyanın fitosanitar xidməti Azərbyacan kənd təsərrüfatı məhsullarına “müharibə” elan edib, onların ölkə ərazisinə gətirilməsinə qadağa qoyub. Rusiya bununla Azərbaycanın güclənməsində qətiyyən maraqlı olmadığını açıq şəkildə büruzə verir.

O baxımdan, Rusiya hərbi kontingentinin sülhməramlı adı altında Azərbaycan ərazisinə yeridilməsinin hər hansı faydası ola bilməz. Əksinə, zaman keçdikcə, oradakı hadisələr bizim ziyanımıza işləməyə başlayacaq.

Rusiyaya Cənubi Qafqaza nəzarət etmək üçün “keşikçi məntəqəsi” lazım idi, Dağlıq Qarabağdakı o “məntəqə”ni də ruslar özlərində saxladılar”.

Aqil Bəkir

www.yenicag.az

693
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv