Rusiya HƏRƏKƏTƏ KEÇDİ – Polşada ikinci cəbhə AÇILIR?

media-hightechnic-468x90

“Qərbdə bəzi dairələr hər şeydən istifadə edirlər ki, NATO-Rusiya toqquşması baş versin”.

Bu fikri Rusiya dronlarının Polşanın hava məkanına daxil olması, onların vurulması və baş verən hadisənin səbəblərini Yenicag.az-a şərh edən hərbi ekspert Şair Ramaldanov deyib.

O, bildirib ki, Rusiyanın əsas məqsədi öz şərtləri ilə sülh əldə etməkdir:

“Prinsip cəhətdən münaqişə zonasında belə hallar olur. Dronlar operatorlar tərəfindən idarə olunur. Bunun təcrübəsizlikdən baş verməsi də mümkündür. İş orasındadır ki, dronlar konkret hədəfə yönəlməyib. Əgər onların hava məkanı pozulubsa, dronları vurmaq Polşanın haqqıdır. Dronlar “letal” silah – ölümcül silah sayılmır. “Letal” silah insan itkisinə gətirən silahdlardır. Əgər təyyarə olsaydı, bu “letal” silah sayılardı. Dronların vurulması heç bir insan itkisinə gətirmir deyə, ona görə buna sadə formada baxılır”.

O, əlavə edib ki, bu mövzu ətrafında fərqli fikirlərin yaranması həmişə olub və olacaq:

“Qərbdə bəzi dairələr hər şeydən istifadə edirlər ki, NATO-Rusiya toqquşması baş versin. Rusiya dron vasitəsi ilə əməliyyat keçirmək istəsə, onu bu formada keçirməzdi. Polşa sərhədində radioelektron mübarizə vasitələri çox aktiv işləyir. Bu vasitələr dronların idarəetməsinə mane ola və dronlar idarəetməni itirib marşrutdan yayıla bilərlər. Rusiyanın Polşaya qarşı aqressiv addım atmaq fikrində olduğunu düşünmürəm, çünki Rusiya öz maraqlarına uyğun sülh müqaviləsinin bağlanmasına nail olmaq istəyir. Yəni Moskva müharibənin davam etməsində maraqlı deyil. Rusiya da yorulub. Bu, çox böyük vəsait itkisidir. Müharibə hər bir ölkəni zəiflədən amildir”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa