Rusiya ilə Polşa arasında yeni gərginlik: Kalininqradın Krulevetsə “çevrilməsi” aranı qatdı

media-hightechnic-468x90

Polşanın Kalininqrad şəhərinin adını dəyişdirməsi Rusiyada narazılıqla qarşılanıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya rəsmiləri Polşanın bu “addəyişmə addımı”nı provakasiya kimi qiymətləndiriblər.

Dövlət Dumasının Beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Dmitri Novikov bunu Polşanın Rusiyaya yönəlik təxribatçı fəaliyyətinin tərkib hissəsi adlandırıb:

“Kalininqrad Rusiyanın ərazisi olduğu üçün ehtiyac yaranacağı təqdirdə onun adının dəyişdirilməsi hüququ bizə məxsusdur.

Aydın məsələdir ki, Polşanın bu addımının hər hansı hüquqi və coğrafi nəticəsi ola bilməz. Bu, sadəcə olaraq, Polşanın Rusiyaya yönəlik təxribatçı fəaliyyətinin tərkib hissəsidir və bizi təəccübləndirmir. Hər halda, Xarici İşlər Nazirliyi gərəkən addımları atacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600