!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya kəşfiyyatı: "Türkiyə və Avropa enerji daşıyıcıları xəttinə hücumun qarşısı alınıb"

!Reklam – Yazi

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bəyan edib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) agenti Türkiyə və Avropaya gedən boru kəmərində terror aktı törətməyi planlayıb.

Yenicag.az xəbər verir ki, FSB-nin yaydığı məlumatda Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) agentinin qaz kəmərinə qarşı terror aktı hazırladığı bildirilib, təbii qaz kompleksində təxribat və terror aktları törətmək cəhdlərinin qarşısının alındığı vurğulanıb.

Açıqlamada Ukrayna kəşfiyyatına işləyən agentin və daha 4 nəfərin Rusiya vətəndaşı olduğu bildirilib. Bundan əlavə, onların təşkilatçı ilə yazışmaları, söhbətləri, partlayıcı qurğunun yığılma təlimatları və pul köçürmələrinə dair məlumatların ələ keçirildiyi qeyd edilib.

www.yenicag.az

229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv