!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Kiyev, Zaporojye və Xarkova hücum etdi

!Reklam – Yazi

Rusiya qüvvələri Ukraynanın Kiyev, Zaporojye və Xarkov vilayətlərinə raket və Pioltsuz Uçan Apratlarla (PUA) hücumlar həyata keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə adı gedən bölgələrin rəhbərləri sosial şəbəkədə yazıblar.

Ukraynanın paytaxtı Kiyev vilayəti hərbi administrasiyasının rəhbəri Aleksey Kuleba “Telegram”dakı paylaşımında Kiyevdə raket hücumu həyata keçirildiyini açıqlayıb. Hücumun olduğu dəqiq yaşayış məntəqəsi ilə bağlı məlumat paylaşmayan Kuleba hava hücumundan müdafiə sistemlərinin işlədiyini bildirib.

Zaporojye vilayət hərbi administrasiyasının sədri Aleksandr Starux da “Telegram” hesabında Rusiya qüvvələrinin gecə saatlarında Zaporojye şəhərinə S-300 raketləri və İran istehsalı olan PUA-larla hücum etdiyini, hücumlar nəticəsində enerji infrastruktur obyektlərinin zədələndiyini qeyd edib.

Melitopol meri İvan Fedoro Zaporojye vilayətinə bağlı olan bu şəhərdə 4 partlayışın baş verdiyini açıqlayıb.

Açıqlamalarda hücumlar nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.

Ukrayna mətbuatında yer alan xəbərlərə görə, gecə saatlarında Xarkovda da partlayışlar baş verib.

www.yenicag.az

475
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv