Rusiya Krıma daha 30 hərbi texnika yeritdi
Ukraynanın Simferopol, Kerç, Feodosiya, Pereval, Sevastopol, Evpatoriya və digər şəhərlərdəki hərbi hissələri rus silahlıları tərəfindən hələ də mühasirədədir.
“Axar.az” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Krımdakı Tibbi Mərkəzinin rəhbəri Vladislav Seleznyov özünü “Feysbuk” səhifəsində yazıb.
“Bu gecə 30 hərbi texnika Kerç boğazından keçərək Krıma daxil olub. Hərbi maşın karvanında çoxlu texnika var” deyə Seleznyov yazıb. Onun sözlərinə görə, Novoozernoda ukraynalı dənizçilər atəş nöqtələrini aradan qaldırmağa müvəffəq olublar.