Rusiya Krıma ölüm raketləri göndərir

media-hightechnic-468x90

bbbbbbRusiya ordusu Krımın şimalına “Uraqan” yaylım atəş sistemləri və iri çaplı raketlər yerləşdirir.

Bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Timçuk özünün  Feysbuk səhifəsində yazıb.

“Eşelonda 12 raketuçuran qurğu və 10 ağır qurğudaşıyan maşın var. “Uraqan 9K57” reaktiv yaylım atəş sistemi çox ciddidir. Onun bir ədədi Simferopol kimi şəhərin yarısını yer üzündən silməyə bəs edər” deyə Timçuk bildirib.

Ukrayna Müdafiə Nazirliyinin Krımdakı mətbuat mərkəzinin rəhbəri Vladislav Seleznyov da özünün Feysbuk səhifəsində Rusiya ordusuna aid hərbi texnika karvanının Kerç boğazından keçdiyini yazıb.

axar.az

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600