“Rusiya NATO üçün təhlükə deyil”

media-hightechnic-468x90

1156“Rusiya NATO üçün təhlükə kəsb eləmir”.

Bunu alyansın baş katibi Anders Foq Rasmussen Avropa Kornegi Fondunda çıxışı zamanı deyib.

“Mən düşünmürəm ki, Rusiya bu gün birbaşa təhlükə kəsb edir. Moskva bilir ki, alyansın Vaşinqton müqaviləsində 5-c maddə var və bu maddəyə görə, NATO üzvlərindən birinə qarşı təcavüz olacağı təqdirdə yerdə qalan bütün üzvlər də onun müdafiəsinə qalxacaq”, – deyə baş katib Kremlə xəbərdarlıq edib.

Rasmussen bu məntiqə əsaslanaraq, NATO-nun hərbi qabiliyyətinin müdafiənin gərəkli səviyyədə təmin edildiyinə əminlik yaradacaq səviyyədə gücləndirilməsinin vacib olduğunu söyləyib. Onun sözlərinə görə, alyansın səylərinə baxmayaraq, Rusiya NATO ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməkdən imtina edib və Qərbi, NATO-nu düşmən kimi qəbul eləməkdə davam edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600