Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Rusiya OPEC+ çərçivəsində neft hasilatını azaldır

Rusiya OPEC+ sazişi çərçivəsində neft hasilatını azaltmağa başlayıb, cari azaltma səviyyəsi, ilkin olaraq, 2018-ci ilin oktyabr səviyyəsindən gündə 30 min bareldən bir qədər çox təşkil edir. Ümumilikdə isə yanvaın sonunda hasilat səviyyəsi şərtləşdirildiyi kimi 50 min barelə çatacaq.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

“Biz hasilatı azaldırıq. Oktyabrdan bu yana minusa doğru gedir, şirkətlər 2018-ci ilin oktyabrından etibarən cəmi 50 min barel səviyyəsinə çıxa biləcəklərini bildiriblər. Bu rəqəmə, yəqin ki, ayın axırlarında yaxınlaşacağıq və ya orta hesabla ayın yekununda çıxacağıq”, – deyə Novak bildirib.

“Cari azaltma səviyyəsi sutkada 30 min barel təşkil edirmi sualına” nazir belə cavab verib: “Bir az daha artıqdır. Bu ilkin rəqəmdir, şirkətlər bu istiqamətdə hər gün işləyirlər”./Report/

www.yenicag.az

1074