Rusiya ordusu sərnişin qatarını vurub, YARALILAR VAR

media-hightechnic-468x90

Rusiya ordusunun Sumı vilayətinin Şostka icmasında dəmiryolu vağzalına endirdiyi zərbə nəticəsində sərnişin qatarı vurulub, yaralananlar var.

Yenicag.az xəbər verir ki, bu barədə Sumı vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, Rusiya ordusunun Şostka icmasında yerləşən dəmiryolu vağzalına və “Şostka-Kiyev” sərnişin qatarına endirdiyi zərbə nəticəsində qatar yanıb və təxminən 30 nəfər sərnişin yaralanıb.

Bildirilir ki, hadisə yerində xilasedicilər, tibb işçiləri və təcili yardım xidmətləri fəaliyyət göstərir. Dağıntıların miqyası və xəsarət alanların sayı dəqiqləşdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa