Ukraynaya hərbi təcavüzünü davam etdirən Rusiyanın arsenalındakı raketlərin böyük hissəsini sərf etdiyi bildirilir.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə NATO-nun adı açıqlanmayan yüksək vəzifəli rəsmisi “Reuters”ə açıqlamasında danışıb.
Onun sözlərinə görə, Rusiya başladığı müharibədə sərəncamında olan yüksək dəqiqliyə malik raketlərin və digər sursatların əhəmiyyətli hissəsini artıq sərf edib.
NATO təmsilçisi qeyd edib ki, tətbiq edilən sanksiyalar fonunda Rusiya hərbi sənayesinin raket ehtiyatını bərpa etmək imkanı şübhə doğurur.
www.yenicag.az