Rusiya prezidenti sanki silahlanma yarışına girib

media-hightechnic-468x90

73968“Biz Moskvanın Ukraynanın şərqindəki separatçılara hərbi dəstək verməsindən və Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə iştirakını dayandırmasından narahatıq.”

media-banner_tkm

Yenicag.az anspress-ə istinadən bildirir ki, bunu ATƏT Parlament Assambleyasının siyasi məsələlər və təhlükəsizlik məsələləri üzrə Komitəsinin sədri, ABŞ senatoru Roger Viçer deyib.

Rusiyanın bu razılaşma çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina etməsindən məyus olduğunu söyləyən senator Rusiyanın sazişdən NATO-nun hərəkətlərinə görə çıxması ilə bağlı arqumentlərini qəbul etməyib.

O bildirib ki, prezident Vladimir Putinin Ukraynaya dair siyasəti, Rusiya döyüş texnikası və hərbçilərinin Ukrayna ərazisində olması onu göstərir ki, o, silahlanma yarışı aparmaq istəyir. Bu, Avropada sabitlik üçün təhlükədir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05