“Rusiya Qazaxıstan ərazisindən keçməklə Özbəkistana qaz nəqlini artıracaq”
Yenicag.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən Qazaxıstan və Rusiya arasında 20-ci Regionlararası Əməkdaşlıq Forumunda çıxışında deyib.
O bildirib ki, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq sistemli şəkildə inkişaf edir:
“Rusiya nefti Qazaxıstan ərazisindən keçməklə Çinə göndərilir. “Qazprom”, həqiqətən, Qazaxıstan istehlakçılarını fasiləsiz olaraq qazla təmin edir”.
Qeyd edək ki, Putin Qazaxıstanda səfərdədir.
www.yenicag.az