"Rusiya qlobal toqquşmanın qarşısını almaq üçün əlindən gələni edəcək" - Putin

media-hightechnic-468x90

“Bu gün İkinci Dünya müharibəsi ilə bağlı həqiqətlərin təhrif edilməsinə çalışıldığını görürük. Bu, əslində müstəmləkə siyasətini riyakarlıq və yalan üzərində qurmağa alışanlara mane olur”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən hərbi paradda çıxışı zamanı deyib.

O bildirib ki, revanşizm, tarixi təhrif etmək, nasistlərin indiki davamçılarına bəraət qazandırmaq cəhdi Qərb elitalarının yeni regional münaqişələrin, millətlərarası və dinlərarası düşmənçiliyin qızışdırılması, qlobal inkişafın suveren, müstəqil mərkəzlərinin qarşısının alınması üzrə ümumi siyasətinin bir hissəsidir.

Putin qeyd edib ki, Rusiya indi çətin, keçid dövrünü yaşayır və qlobal toqquşmanın qarşısını almaq üçün əlindən gələni edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600