Rusiya səfərbərlikdən qaçanların qarşısını almaq üçün sərhədlərini bağlayır?

media-hightechnic-468x90

Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra orduya qatılmaq istəməyən çox sayda kişi ölkədən qaçır.

Yenicag.az xəbər verir ki, Rusiya insanların ölkəni tərk etməməsi üçün sərhədləri bağlamayacaq.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov yerli mətbuata məlumat verib. O bildirib ki, sərhədlərin bağlanması ilə bağlı heç bir qərar yoxdur.

Bundan əlavə, Peskov qismən səfərbərlik elanının təfərrüatlarının izahı prosesində bəzi səhvlərin olduğunu və bunların yaxın zamanda həll ediləcəyini qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600