Rusiya tanınmış aktrisanı beynəlxalq axtarışa verdi

media-hightechnic-468x90

Rusiya Federasiyası teatr, kino və televiziya aktrisası, açıq şəkildə müharibəyə qarşı çıxan Yana Troyanovanı beynəlxalq axtarışa verib.

Yenicag.az bu barədə Unian-a istinadla xəbər verir.

Rusiya İstintaq Komitəsinin bəyanatında bildirilir ki, Rusiyada “xarici agentlər, ekstremistlər və terrorçular” siyahısına salınmış aktrisa barəsində açılmış cinayət işinin istintaqı başa çatıb:

“Troyanovanın çıxışları rusiyalılara qarşı milli əlamətinə görə şərəf və ləyaqətin alçaldılmasına yönəlmişdi. O, beynəlxalq axtarışa verilib”.

Troyanova “Volçok”, “Jit” (“Yaşamaq”), “Kokoko”, “Strana OZ” filmləri və “Olqa” teleserialındakı rolları ilə tanınır. Müharibənin genişmiqyaslı başlanmasından sonra o, Rusiyanın Ukraynaya müdaxiləsini pisləyib, bunu cinayət adlandırıb və Rusiyanın Ukraynadan üzr istəməli, həmçinin təzminat ödəməli olduğunu vurğulayıb. Aktrisa həmçinin öz ölkəsinin hərəkətlərinə görə ukraynalılar qarşısında utanc hissi keçirdiyini, Rusiyanın təbliğatını və insanları sadəcə “top yemi” hesab edən hakimiyyəti qınadığını bildirib./Qaynarinfo

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa