Rusiya üçün SONUN BAŞLANĞICI: Avropa qoşunları Ukraynaya yerləşdirilir?

media-hightechnic-468x90

“Ukrayna Avropa İttifaqına bağlı olan qoşunların yerləşdirilməsi məsələsi uzun müddətdir müzakirə olunur”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

media-ceyhun6-1

Millət vəkili post-müharibə dövründə Ukraynaya yerləşdirilməsi planlaşdırılan Avropa İttifaqı qoşunları ilə bağlı yayılan informasiyaları şərh edib.

O, söyləyib ki, dəfələrlə bu barədə müxtəlif müzakirələr aparılıb və bu gün Ukrayna-Rusiya müharibəsində ən çox gündəmdə olan mövzulardan biri də Ukraynanın təhlükəsizliyi məsələsidir:

“Burada əsas məqam ondadır ki, Ukrayna ilə danışıqlar aparılır, bu istiqamətdə müəyyən təminatlar verilməlidir və Ukraynanın təhlükəsizliyi qorunmalıdır Lakin məsələnin digər mühüm tərəfi ondan ibarətdir ki, Rusiya bu məsələlərə xüsusi həssaslıqla yanaşır. Rusiya bu mövzuya bir qədər fərqli baxır. Hesab edirəm ki, qəbul ediləcək qərarlar Rusiyanın mövqeyindən asılı olacaq. Rusiyanın məsələyə baxışı, atacağı addımlar çox önəmlidir və məhz bundan asılı olaraq digər qərarların qəbulunun və addımların şahidi olacağıq”.

“Hazırkı dönəmdə prosesin necə inkişaf edəcəyini söyləmək çətindir. Bununla yanaşı, mən düşünmürəm ki, Avropa dövlətləri Rusiyaya qoşun yeritmək barədə fikirləşsinlər və belə bir addım atsınlar. Əgər onların əvvəldən belə bir planı olubsa, bunu çoxdan etməli idilər. Ancaq bunu etməyiblərsə, indi gözləmək, məncə, hələ tezdir. Buna görə də proses tərəflərin yanaşmasından, mövqelərin hansı istiqamətdə irəliləməsindən asılı olacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa