!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsində həlledici MƏQAM: ABŞ sülh üçün bu planı hazırlayır

!Reklam – Yazi

“Rusiya-Ukrayna müharibəsi gedişatının artıq elə bir dövrüdür ki, prosesdə həlledici məqamın yaxınlaşdığı görünür”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

 

Siyasi şərhçi “The Telegraph” nəşrinin Rusiyanın post-Ukrayna dönəmində Avropa hücum etməsi ilə bağlı ortaya atdığı iddialar, habelə Kremlin Ukraynadakı əməliyyatlarından söz açıb.

A. Qasımova görə, məsələ ondadır ki, Qərb artıq Rusiyanın gücünün maksimal potensialını hiss edir və bu baxımdan da Rusiyanın nüvə hədələrinə baxmayaraq, artıq Ukraynaya əvvəllər etmədiyi bir sıra güzəştləri edib:

“Bu gün Rusiya ərazisinin Qərb silahları ilə vurulmasına demək olar ki, bütün ölkələr razı oldular. Eyni zamanda, Rusiyanın nüvə təhdidinə baxmayaraq, Ukraynaya silah və əsgər göndərmə məsələsi də artıq gündəmdədir. Qeyd olunur ki, bir sıra ölkələrin – Fransa, İngiltərənin əsgərləri artıq Ukrayna torpaqlarındadır”.

Mütəxəssis hesab edir ki, Qərb artıq Rusiyanı küncə sıxışdırmaqla məşğuldur:

“Onlar Putinin nüvə təhdidlərinin qorxutmaq xarakterli olduğunu hiss edib, onun maksimum həddini öyrənmək istəyirlər. Bunun nəticəsində də Rusiyaya qarşı təzyiqlər getdikcə artır. Eyni zamanda, Amerikada baş tutacaq prezident seçkilərinə qədər Co Bayden də çalışır ki, Rusiyanı elə vəziyyətə gətirsin ki, Moskva, ən azı Ukraynanı müəyyən qədər razı salacaq səviyyədə sülhə razı olsun”.

Siyasi təhlilçinin fikrincə, bu gün Qərb çox ciddi oyunlar oynayır:

“Bu mənada ki, onlar ola bilsin, Putinin xarakterinə uyğun bu addımları atırlar. Amma Putin də çox təhlükəli fiqurdur və onun nə edəcəyi son anda heç kimə bəlli deyil. Bu baxımdan da Qərbin NATO ilə Putinin üstünə getməsi və buna qarşılıq olaraq Putinin NATO-ya hansısa reaksiya göstərməsi təhlükəli tendensiyadır. Amma mənə elə gəlir ki, Rusiyanın hələ ki elə bir gücü yoxdur ki, NATO-ya hücum etsin. Yəni bunlar bir növ publikaya deyilən və oynanılan oyundur. Çünki Rusiya güclü olsaydı, Ukraynada hansısa müəyyən ciddi uğurlara imza ata bilərdi”.

“Rusiya Qərbə hücum edəcək” ritorikası Qərbin, əksinə, ordu yığması və yaxud da Rusiyaya qarşı hansısa bir ciddi tədbir görməsi anlamına gəlir. Qərbdəkilər buna zəmin hazırlayırlar ki, Rusiya onlar hücum edəcək, buna görə də onlar Avropaya qoşun toplayır. Qısacası burada qarşılıqlı “sinir dueli” gedir. Kimin əsəbləri daha çox tab gətirəcəksə, o da qazanan tərəf olacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv