!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 155-ci GÜNÜ: Kiyevin strateji hədəfi Xersonun azad edilməsidir - TƏHLİL

!Reklam – Yazi

154 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 708 ədəd, hərbi avtomobil texnikası – 2 845 ədəd, səhra artilleriyası və minaatanlar – 885 ədəd, YARS (reaktiv yaylım atəşi sistemi) – 263 ədəd, HHM sistemi – 119 ədəd, təyyarələr – 222 ədəd, helikopterlər – 190 ədəd, qanadlı raket – 178 ədəd, PUA – 726 ədəd, gəmi-kater – 15 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 955 ədəd, hərbi avtomobil texnikası – 4 008 ədəd, səhra artilleriyası və minaatanlar – 835 ədəd, YARS – 575 ədəd, HHM sistemi – 378 ədəd, təyyarələr – 226 ədəd, helikopterlər – 136 ədəd, PUA – 1 445 ədəd.

Rusiya-Ukrayna müharibəsinin 155-ci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 155-ci gün Rusiya və Ukrayna qoşunlarının əməliyat şəraitində ciddi dəşiklik baş verməyib, tərəflərin qarşılıqlı mövqe döyüşləri və raket-artilleriya dueli davam edib:

“Gün ərzində Volın, Polski və Severski istiqamətlərində qoşunların taktiki vəziyyətində ciddi dəyişiklik olmadı.

Çerniqov rayonunun Juravki və Sumı rayonunun Juravka ərazilərinə artillerya və raket zərbələri endirildi. Mühəndis texnikalarının intensiv fəaliyyəti müşahidə olundu.

Xarkov istiqamətində Rusiya qoşunları artilleriya atışlarını intensivləşdirdi. Əsas atəş zərbələri Xarkov, Ridne, Udi, Dementiyevka, Slatin, Protopopivka, Novoe Zoloçiv, Prudyanka , Ruskaya Lozova, Ruskie Tişki, Petrovka, Bezrukiy, Borşova , Starıy Saltiv, Koroboçkina yaşayış məntəqələrinə yönəldildi.

Rusiya Hərbi Hava Qüvvələrinin iki Mİ-8 helekopteri Starıy Saltov yaşayış məntəqəsinə aviazərbələr endirdi.

Slavyan istiqamətində Rusiya qoşunlarının yenidən qruplaşması qeydə alınıb.

Kramatorsk istiqamətində cəbhədə vəziyyət nisbi sakit olaraq qaldı.

Rusiya qoşunları Siversk, İvano-Daryivka, Spirne, Kriva Luka, Serebryanka, Qriqorivka, Zvanivka yaşayış məntəqələrini bütün atış vasitələri ilə atəşə tutdu. Aviasiya-raket zərbələrindən də istifadə olundu.

Baxmut istiqamətində Rusiya qoşunları tabor taktiki qruplarının yenidən qruplaşması üçün ehtiyat qüvvələrin toplanmasını həyata keçirdi. Şumiv, Baxmutski, Brest, Pokrovski, Soledar, Yakovlivka, Baxmut, Merri vadisi, May, Zaitsevoy və Verşina yaxınlığında da hərbi bölmələrin toplanması müşahidə olundu. Çox güman ki, bu günlərdə Rusiya birinci eşalon bölmələrinin bu istiqamətdə hücum cəhdləri davam etdiriləcək.

Soledar və Vesyolıy vadisi ərazilərinə də aviasiya zərbələri endirildi.

Verşina və Semiqoriye istiqamətində Rusiya qoşunlarının hücumu dayandırıldı.

Novoluqanski və Soledar ərazilərində rusların hücumları davam etdi.

Rusların Vodyanoy və Pskiv istiqamətlərində kəşfiyyat döyüşü itki və geri çəkilməklə nəticələndi. Onlar Avdiyevka, Krasnoqorivka və Velikoy Novosilka istiqamətlərində irəliləməyə çalışdı. İtkilər verərək geri çəkildilər.

Ukrayna aviasiya və raket-artilleriya bölmələri qarşı tərəfin canlı qüvvə və texnikasının cəmləşmə rayonlarına zərbələr endirməyə davam etdi.

Gün ərzində tərəfləri heç biri taktiki-operativ səviyyədə ciddi irəliləyişə nail ola bilmədi. Hər iki tərəfin birinci eşalon bölmələrində yorğunluq və tükənmişlik ciddi hiss olunur. Tərəflər nə qədər itkiləri bir az erkən bərpa etməyə çalışsalar da, hazırlıqsız bölmələrlə uğurlu döyüş əməliyyatları aparmaları mümkün olmur.

Kəmiyyət keyfiyyətə dönüşə bilmir. Bu səbəbdən tərəflər günü qurtarmaq üçün raket-artilleriya duelinə üstünlük verirlər. Perspektivdə Ukrayna qoşunları daha uğurlu taktiki əməliyyatlar keçirməyə hazırlıqlı görünür. Çünki zaman-zaman tərəfdaş ölkələrin təlim poliqonlarında hazırlıq keçən Ukrayna döyüşçüləri sahəyə qayıdır. Artıq bu, əməliyyatlar teatrındakı əməliyyat şəraitinə də öz təsirini göstərməyə başlayır. Həm ehtiyat poliqonlarda təlim keçmiş hazırlıqlı qrupların döyüşlərə qatılması, həm də hər gün artan templə Ukrayna qoşunlarının silahlanmasına daxil olan yeni arilleriya-raket sisitemləri onların əlini güclü edir. Rusiya tərəfi də boşluqları doldurmağa çalışır. Lakin qoşunlara daxil olan hazırlıqsız səfərbərlik ehtiyatları hər zaman istənilən nəticəyə gəlməyə imkan yaratmır. Rusiya hərbi rəhbərliyinin regionlarda müqavilə əsasında yerli tabor taktiki qruplarının yaradılması haqqında göstəriş verməsi də vəziyyətə ciddi təsir göstərmir.

Görünən odur ki, Ukrayna hərbi-siyasi komandanlğının strateji hədəfi yaxın zamanlarda Xerson vilayətini azad etməkdir. Xerson istiqamətində qarşı tərəfin təminat anbar və yollarına ağır zərbələr endirən Ukrayna Ordusu cəbhə boyunca nisbətən əməliyyat üstünlüyünü ele keçirməyə çalışır.

İki əsas zərbə istiqamətində döyüşməyə məcbur olan Rusiya qoşunları əsas hücum istiqaməti olaraq müəyyən etdiyi Donbasda hücum qruplaşmalarını cəmləşdirməkdə ciddi sıxıntı keçirir.

Əsas zərbə istiqamətlərində hansı tərəfin şəxsi heyət və zirehli texnika itkilərini daha uğurla bərpa edə biləcəyini və hücum tempini artıracağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

1070
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv