Rusiya Ukraynada NATO-nun 16 ölkəsinin ordularının sayı qədər əsgər itirib – Putin niyə dayanmır?

media-hightechnic-468x90

Ukraynaya hərbi müdaxiləsini davam etdirən Rusiyanın canlı qüvvə itkisi katastrofik həddə çatıb.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, “Global Firepower” hərbi-analitik portalı Rusiyanın Ukraynada məruz qaldığı itkilərin sayı ilə bağlı maraqlı müqayisə aparıb.

Qeyd olunur ki, Rusiyanın Ukraynaya qarşı ötən ilin fevralında başladığı və hələ də davam edən hərbi təcavüzü nəticəsində həlak olan əsgərlərinin sayı NATO-nun 16 ölkəsinin ordularının şəxsi heyətinin ümumi sayı qədərdir.

Portalın məlumatına əsasən, NATO-nun nəzərdə tutulan həmin ölkələrin ordularındakı əsgər sayı 193 min nəfər – Rusiyanın Ukraynadakı itkilərindən cəmi 7 min nəfər çoxdur:

Bolqarıstan – 25 min əsgər;
Finlandiya – 24 min;
Macarıstan – 23 min;
Norveç – 23 min;
Litva – 16 min;
Danimarrka – 16 min;
Xorvatiya – 15 min;
Slovakiya – 13 min;
Şimali Makedoniya – 9 min;
Albaniya – 8 min;
Sloveniya – 7 min;
Latviya – 6,5 min;
Estoniya 4 min;
Monteneqro – 2,5 min;
Lüksemburq – 1 min;
İslandiya – 0.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600