!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Ukraynanın İlan adasından çəkildi - Moskvadan açıqlama

!Reklam – Yazi

Ukrayna-Rusiya müharibəsinin 127-ci günündə Kreml diqqətçəkən bir addım atıb.

Yenicag.az xəbər verir ki, Rusiya Ukrayna işğalının ilk günlərində zəbt etdiyi İlan adasından çəkildiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi bunun “xoşməramlı” addım olduğunu bəyan edib. Bəyanatda qeyd edilib ki, Rusiya bu addımı ilə Ukraynada taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhliz açmaq səylərinə mane olmağa çalışmadığını göstərib.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Rusiyanın geri çəkilməsi ilə bağlı verdiyi açıqlamada, “İlan adasında artıq rus qoşunları yoxdur, silahlı qüvvələrimiz böyük iş görüb”, – deyib.

Qara dənizdəki İlan adası Rusiya ordusu ilə Ukrayna qüvvələri arasında şiddətli toqquşmalara səhnə olub. Qeyd edək ki, tərəflər həmin ada uğrunda çoxlu sayda itki veriblər.

www.yenicag.az

322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv