Rusiya və İran buradan getməyib və getməyəcək də" – Gevorqyan

media-hightechnic-468x90

“Rusiyanı nə qədər tənqid etsək də, yaxın illərdə ondan qurtula bilməyəcəyimiz göz önündədir”.

media-banner_tuq

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu Nikol Paşinyanın keçmiş müavini Armen Gevorqyan “Ermənistanın yeni regionda perspektivləri” mövzusunda müzakirə zamanı deyib.

“İstəsək də, istəməsək də, gələcəyimizi necə gördüyümüzü başa düşməliyik.
Bu, çox çətindir və bu vəziyyətdə təhlükəsizlik ən vacib şey olmalıdır.
Biz artıq həlledici amil deyilik.

Rusiyanı nə qədər tənqid etsək də, yaxın illərdə ondan qurtula bilməyəcəyik.
Bunun üçün obyektiv səbəblər var.

İran da belədir. Bu iki ölkəni ona görə vurğulayıram ki, onlar buradadırlar, getməyiblər və getməyəcəklər.

Bütün bunları başa düşməmək, xəbərdar olmamaq çox qəribədir.
Çünki demokratik ölkələrin gələcəyini, bizə kömək edəcəyini, bizi qoruyacağını gözləmək ən azı real deyil”, – Gevorqyan bildirib.

Xuraman Etibarlı

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05