!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya və İranın Xankəndidə konsulluq İDDİASI: "Bu şəhərdə iranlı, rus var ki..."

!Reklam – Yazi

Xankəndidə iranlı, rus var ki, konsulluq da açılsın?”

Bu sözləri Yenicag.az-a açıqlamasında Xankəndində Rusiya və İran konsulluqlarının açılması iddiasına münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

Elşad Musayevin sözlərinə görə, Rusiya və İranın Xankəndində konsulluq açmasına ehtiyac yoxdur.

“Bu informasiya süni şəkildə ortaya atılıb. Belə bir məsələnin olması üçün əsaslar olmalıdır. Azərbaycan Ermənistan kimi qondarma dövlət deyil. İranın, Rusiyanın Xankəndində konsulluq açması nəyinə lazımdır? Orada iranlı, rus var ki, konsulluq da açılsın?” – deyə o bildirib.

Partiya sədri esab edir ki, bunlar qeyri-ciddi söhbətlərdir:

“Ölkədə daha ciddi məsələlər var müzakirə etməyə. Ölkənin kifayət qədər probemləri var”.

Səxavət Məmməd

www.yenicag.az

578
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv