Rusiya XİN əcnəbiləri Kiyevi tərk etməyə çağırdı

media-hightechnic-468x90

Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, ölkənin silahlı qüvvələri Kiyevdə Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinə, eləcə də qərarların qəbul edildiyi mərkəzlərə və komanda məntəqələrinə sistemli zərbələr endirməyə başlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bununla bağlı bəyanat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Sənəddə bildirilir ki, pilotsuz uçuş aparatlarının layihələndirilməsi, istehsalı, proqramlaşdırılması və istifadəyə hazırlanması ilə bağlı obyektlərə zərbələr endiriləcək.

Rusiya Xarici İşlər Nazirliyi diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları da daxil olmaqla xarici vətəndaşlara Kiyevi mümkün qədər tez tərk etməyi tövsiyə edib. Ukrayna paytaxtının sakinlərinə isə hərbi və inzibati infrastruktur obyektlərinə yaxınlaşmamaq tövsiyə olunub./Azərtac/

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05