Rusiya XİN-i Ukraynanı təhdid etdi

media-hightechnic-468x90

rty“Moskva Ukraynadakı soydaşlarını qorumaq hüququnu özündə saxlayır”

“Ukraynanın yeni hökuməti ölkədəki duruma nəzarət edə bilmir və Donetskdəki hadisələr bunu bir daha sübüt edir. Bu üzdən də Rusiya Ukrayna ərazisində soydaşlarını qorumaq hüququnu özündə saxlayır”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Dəfələrlə bildirmişik ki, Kiyevdə hakimiyyətə gəlmiş qüvvələr silahlı şəxsləri tərksilah etməli, habelə əhalinin təhlükəsizliyini təmin etməlidir. Lakin Ukraynadakı hadisələr bunun baş vermədiyini göstərir. Odur ki, Ukrayna hakimiyyəti ölkədəki vəziyyətə nəzarət edə bilmir. Rusiya soydaşlarının həyatına görə məsuliyyət daşıdığını dərk edir və onları qorumaq hüququnu özündə saxlayır”, – deyə bəyanatda vurğulanıb.

apa

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600