Rusiya XİN vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

media-hightechnic-468x90

 

Rusiya Xarici İşlər Nazirliyi xaricə səyahətə hazırlaşan rusları diqqətli olmağa, riskləri nəzərə almağa çağırıb.

Yenicag.az xəbər verir ki, bu barədə XİN-dən RİA Novosti-yə bildiriblər. Nazirlik ABŞ kəşfiyyat xidmətlərinin tələbi ilə mümkün saxlanmalar və ya həbslər barədə xəbərdarlıq edib.

“Biz xaricə səfərlər planlaşdırarkən və müəyyən ölkələrdə qalarkən riskləri diqqətlə ölçməyin vacibliyini bir daha vurğulayırıq”, – XİN-dən bildirilib.

Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, ABŞ-nin 100-dən çox ölkə ilə, o cümlədən ruslar arasında populyar turizm məkanları – Türkiyə, Misir, Tailand və İsraillə ekstradisiya müqaviləsi var.

Onlar həmçinin hərbi-siyasi böhranlar, terror təhlükələri və fövqəladə hallar barədə hesabatların monitorinqini tövsiyə ediblər.

Xarici İşlər Nazirliyi xəbərdarlığın nə ilə bağlı olduğunu açıqlamayıb.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600