Rusiyada azərbaycanlı həbs edildi
Qanunsuz silah gəzdirmək və 11 milyon rubl qəsb etmək maddəsi ilə Rusiya polis əməkdaşları Çelyabinskinin kriminal vəziyyətinə nəzarət edən avtoritet İlham Osmanovun tutulması üzrə xüsusi əməliyyat keçirib.Əsasən kriminal aləmdə sadəcə İlham adlandırılan avtoritetin üzərindən səs boğucu ilə birgə tapança tapılıb. Bununla onun barəsində qanunsuz silah gəzdirmə ittihamı ilə də cinayət işi qaldırılacaq.
Qeyd edək ki, 36 yaşlı azərbaycanlı İlham Osmanov Çelyabinskdə qeydiyyatdadır. O əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilib. İlham bir neçə dəfə Sverdlovsk ərazisinin kriminal avtoritetlərin regionlararası “sxodka”ları zamanı ələ keçirilib.












