Rusiyada azərbaycanlının meyiti tapıldı

media-hightechnic-468x90

56769Rusiyada azərbaycanlı kişinin meyiti tapılıb.

74 yaşlı Azərbaycan vətəndaşının asılmış meyiti tapılıb.

Meyit Sankt Peterburqun Vasileostrovski rayaonunda, Korablestroiteley küçəsində aşkarlanıb. Onu içki içmək üçün özlərinə yer axtaran evsizlər tapıblar. Belə ki, bomj həyat tərzi keçirən qadın və kişi içki içmək üçün daima gəldikləri yerə gəliblər. Onlar ağacdan asılan meyiti görən kimi dayanacağın gözətçisinə xəbər verərək hadisə yerindən qaçıblar.

O, isə öz növbəsində dərhal polisə məlumat verib. Polis ölən 74 yaşlı Bakı sakininin adıçəkilən küçədə yaşadığını müəyyən edib.

İndi onun özünü nə üçün öldürdüyü və kimliyi müəyyən edilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600