Rusiyanın Çelyabinsk vilayətinin Katav-İvanovski rayonundan seçilən deputat Yakov Çuksin partiya yoldaşı Andrey Peçnikovu döyüb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə “Vahid Rusiya” partiyasından olan həmkarını döyən deputatı 1 il şərti cəza və 100 min rubl məbləğində cərimələyib.
Zərərçəkmiş bildirib ki, döyüldükdən sonra görmə qabiliyyəti pisləşib: “Mən məhkəmənin qərarından narazıyam. Bu nə cəzadır – 100 min rubl və bir il sınaq müddəti?”
www.yenicag.az