“ Rusiyada yaşayan ermənilər Ermənistandan daha çoxdur”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-24” telekanalında yayımlanan çıxışında deyib. O bildirib ki, Rusiyada Ermənistandan daha çox erməni yaşayır.
“Bilirsinizmi ki, Rusiyada yaşayan ermənilər Ermənistandan daha çoxdur? Onlar da ruslaşıblar və burada özlərini yaxşı hiss edirlər. Biz onları sevirik, onlar da bizi”, – Dmitri Peskov deyərək sərinləyən Rusiya – Ermənistan münasibətlərinin əbədi “soyuq” olmayacağını qeyd edib.
Kreml sözçüsü vurğulayıb ki, Rusiya Ermənistanla münasibətləri yüksək qiymətləndirir.
Xuraman Etibarlı
www.yenicag.az