!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada hərbi çevriliş RİSKİ: “Putin DİN və Qvardiya bölmələrini Moskvaya yeridibsə...”

!Reklam – Yazi

“Moskvadakı tanışlarım Müdafiə Nazirliyinin yaxınlığında hərbi texnika cəmləşdirildiyini təsdiqləyirlər”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiyada hərbi çevriliş ehtimalını dəyərləndirən politoloq Abbas Qallyamov deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin hərbi çevriliş riskini önləmək üçün şəhərə hərbi texnika yeridib:

“Moskvada – Müdafiə Nazirliyinin yerləşdiyi Frunze sahilindən keçən insanlar orada onlarla PDM və ZTR yerləşdirildiyini görürlər.

Nəzəri cəhətdən bu, Şoyqu ilə Gerasimovun Ukrayna diversantlarının onlara hücum edəcəyindən qorxduqları ilə izah oluna bilər.

Ancaq oradakı hərbi texnikanın orduya deyil, Daxili İşlər Nazirliyinə məxsus olması da istisna edilmir. Putin DİN və Qvardiya bölmələrini Moskvaya yeridibsə, bu, çevriliş riski ilə əlaqədardır.

Bu addım generalları çevriliş niyyətindən çəkindirmək məqsədindən qaynaqlanır”.

www.yenicag.az

558
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv