“Rusiyanın Hərbi-Sənaye Kompleksi istehsalçı qurumdan çox, təmir bazasını xatırladır”.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiyada son vaxtlar artan hərbi təyyarə qəzalarının səbəblərindən danışan ekspert Aleksandr Kovalenko deyib.
Onun sözlərinə görə, Rusiya Hərbi-Sənaye Kompleksinin (HSK) acınacaqlı vəziyyətə düşməsində Qərbin tətbiq etdiyi sanksiyaların böyük təsiri var:
“Əslində, Rusiyada hərbi təyyarə qəzaları ilə bağlı statistikanın artmasında yeni sayılacaq və təəccüb doğuracaq heç nə yoxdur. Çünki bütün bunlar gözlənilən idi.
Rusiyanın 2014-cü ildə Ukraynaya qarşı başladığı hibrid müharibəsindən sonra bildirmişdim ki, Qərbin tətbiq etdiyi sanksiyalar işğalçı ölkənin Hərbi-Sənaye Kompleksinin texniki və texnoloji imkanlarını deqradasiyaya uğradacaq.
O baxımdan, bizim indi müşahidə etdiyimiz mənzərə bundan ibarətdir ki, Rusiyanın Hərbi-Sənaye Kompleksi istehsalçı qurumdan çox, təmir bazasını xatırladır. Belə bir şəraitdə qəzaların sayının artması qaçılmazdır”.
www.yenicag.az