Rusiyada magistral neft kəmərində güclü partlayış oldu

media-hightechnic-468x90

Avqustun 26-da Rusiyanın Ryazan vilayətində “Ryazan-Moskva” magistral neft kəmərində güclü partlayış baş verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna”ya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələr məlumat verib.

Bildirilib ki, partlayışdan sonra kəmərdə iri miqyaslı yanğın qeydə alınıb. Hadisə yerində güclü səsin eşidildiyi barədə Ryazan şəhəri ilə bağlı sosial şəbəkə paylaşımlarında da məlumatlar yer alıb.

Bir neçə saatdan sonra əraziyə fövqəladə xidmət briqadaları cəlb olunaraq yanğının söndürülməsi istiqamətində tədbirlər görülüb.

Qeyd edək ki, “Ryazan-Moskva” kəməri paytaxt Moskvanı neft məhsulları ilə təmin edən əsas infrastruktur xətlərindən biridir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05