Rusiyada “Vikipediya”nın analoqu işə düşdü

media-hightechnic-468x90

Rusiyada “Vikipediya”nın analoqu – “Runiversalis” işə düşüb. Bildirilir ki, resurs rusdilli Vikipediyanın keçmiş redaktorları tərəfindən yaradılıb. Müəlliflər “məqalələri təbliğat və zərərli məzmundan təmizləyərək” bütün məlumatları “Runiversalis”ə köçürürlər.

Yenicag.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Ensiklopediya “runi.rf” saytında olacaq və özündə “Xəbərlərdə”, “Günün sitatı” və “Mən bunu bilirdim!” bölmələrini əks etdirəcək.

Xatırladaq ki, bundan əvvəl “Roskomnadzor” “Vikipediya”nı Rusiya qanunlarını pozan xarici resurs adlandırıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa