!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyadan Ermənistana TƏZYİQLƏR: Paşinyan İngiltərə görüşündən niyə imtina etdi?

!Reklam – Yazi

 

“ABŞ ilə Ermənistan ordusunun birgə hərbi təlim keçirməsi gərginliyi artıran məsələdir”.

Bu fikri Yenicag.az-a açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyanın İngiltərə görüşündən imtina etməsi və rəsmi Bakının bunu sülh danışıqlarından çəkinmək kimi dəyərləndirməsinə münasibət bildirən politoloq Qədir Aslan səsləndirib.

Qədir Aslanın sözlərinə görə, Ermənistanı Rusiya qorxudub.

“Paşinyan hazırda məzuniyyətdədir. Ermənistan bir ay müddətinə sülh müqaviləsinin imzalana biləcəyini demişdi. Azərbaycan prezidenti İlham Əliyev bildirdi ki, əsas məqamlar və prinsiplər üzərindən razılaşdıra bilərik. Yəni çərçivə sazişi imzalana bilər. Hər iki tərəfdən bu ilin sonuna qədər sülh sazişinin bağlanması maraq var”, – deyə o bildirib.

Politoloq qeyd edib ki, Ermənistana Rusiya tərəfindən konkret təzyiqlər var:

“Qərb platformalarında 3 dəfə görüş olursa, bir dəfə də Rusiyada görüş baş tutsun. Ermənistan tərəfini qorxudublar. Qaluzin dedi ki, Ermənistanın hal-hazırkı Rusiyaya qarşı apardığı siyasət onun təhlükəsizliyi bahasına başa gələ bilər. Bu, sanki erməni tərəfini oyatdı.

Bu günlərdə Ermənistanda ABŞ ilə Ermənistan ordusunun birgə hərbi təlim keçirməsi gərginliyi artıran məsələdir. Bunun üzərinə Londonda görüş keçirilsə, bu eskalasiyaya yol aça bilər”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv