!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyadan Fransaya Cənubi Qafqazla bağlı SƏRT SÖZLƏR

!Reklam – Yazi

Fransanın Cənubi Qafqazın təhlükəsizliyini təmin etməyə qadir olduğunu düşünmək sadəlövhlükdür.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, əgər Fransanın belə imkanları olsaydı, bu dövlət onu Parisin müqaviləli öhdəlikləri olduğu ölkələrə münasibətdə tətbiq edərdi: “Biz bu haqda dəfələrlə demişik. Onlar (Fransa-red.) onilliklərlə həmin ölkələrdə olublar, həmin ölkələrə öz müstəmləkələri kimi baxıblar, hətta postmüstəmləkə dövründə belə…yeni müstəmləkəçilik dövründə belə öz maraqlarını saxlamışdılar. Fransa Afrika qitəsində bunu (siyasi və iqtisadi təhlükəsizliyini qorumağa-red.) etməyə borclu idi, ona görə ki, bunu etmək üçün pul alırdı. Fransanın orada mövcudluğu üçün səxavətlə pul ödənilirdi. Bu ölkələrdəki Fransa missiyası uğursuz oldu. Ona görə yox ki, buna səbəb siyasi uyğunsuzluq oldu. Ona görə ki, Fransa öz müttəfiqləri və tərəfdaşları olan bu ölkələrin ən böhranlı anlarında tək qoydu. Onlar da Fransa mövcudiyyətinə yedək axtarmağa başladılar”.

Zaxarova qeyd edib ki, Cənubi Qafqazın gələcəyi Paris üçün ancaq alətdir: “Bu sadəcə öz rifahını dəstəkləmək və Rusiya ilə hibrid müharibə və Afrika qitəsindəki uğursuzluğu fonunda bir vasitədir. Cənubi Qafqaz regionunda Fransanın mövcudluğu region dövlətlərini izləmək, onlar haqqında kəşfiyyat xarakterli məlumatları toplamaq, ölkələrimiz arasında əldə olunan sülh razılaşmalarının reallaşmasına imkan verməmək cəhdidir”./APA/

COP29

www.yenicag.az

211
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv