Rusiyadan ölkəyə qanunsuz spirtli içkilərin gətirilməsinin qarşısı alındı

media-hightechnic-468x90

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, həmin ölkə vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

media-banner_tuq

Yenicag.az-ın komitəyə istinadən verdiyi məlumata görə, gömrük baxışı zamanı avtomobilin yük yerində olan soyuducu ilə dəmir örtüyün arasında gömrük nəzarətindən gizlədilən 0,7 litrlik qablaşdırmada 50 ədəd “Beluga Transatlantic” markalı spirtli içki aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05