Rusiyadan Türkiyəyə müdhiş dəstək

media-hightechnic-468x90

3-havalimani4İGA Havalimanı Müəssisəsi  İstanbulda yeni aeroportun tikintisi üçün Rusiyanın ən böyük bankı olan “Sberbank”-dan 500 milyon yevro kredit alıb.

Bildirilir ki, Sankt-Peterburqda baş tutan  SPIEF 2015 forumunda sözügedən kreditlə bağlı müqavilə imzalanıb.

Müqavilədə bildirilir ki, “Sberbank”  dünyanın ən böyük hava limanının inşası üçün ayrılan krediti 16 il ərzində hissə-hissə verəcək.

“Sberbank”-ın nümayədəsi Gorkov:  “Dünyanın ən böyük hava limanı üçün verdiyimiz dəstəkdən dolayı olduqca məmnunam”-deyə fikrini ifadə edib.

Xatırladaq ki, dünyanın ən böyük hava limanı məhz İstanbulda inşa ediləcək.  Ekspertlər bu  nəhəng layihənin 6 milyard yevroya başa gələcəyini bildirirlər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa