Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyalı futbolçu 12 illik həbs cəzası aldı - FOTO

Rusiyanın “Rubin” klubunun keçmiş kapitanı Sergey Xarlamov həbs olunub.

Yenicag.az xarici mətbuata istinadla xəbər verir ki, 47 yaşlı keçmiş müdafiəçinin Rusiyanın ən böyük maliyyə piramidalarından biri olan “Rost” mütəşəkkil cinayətkar qrupunun tərkibində yer alması sübuta yetirilib.

Adıçəkilən qrup yüksək gəlirli layihələrə investisiya qoyacağını vəd edərək, 3,5 mindən çox vətəndaşdan 1,4 milyard rubldan çox pul mənimsəyib.

Bu gün Kazanın Vaxitovski Rayon Məhkəməsində 47 yaşlı mütəxəssisin 12 il müddətinə azadlıqdan məhrum edilməsi qərara alınıb. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, “Rubin”in yetirməsi Sergey Xarlamov əsas komandanın kapitanı da olub. O, 1992/1993 mövsümündə və 1997 – 2004-cü illərdə komandanın formasını geyinib.

www.yenicag.az

159