!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyalı səfir İrəvan-Bakı münasibətlərindən SÖZ AÇDI

!Reklam – Yazi

Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin “İzvestiya” qəzetinə verdiyi müsahibəsində bildirib ki, Rusiya Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhün mümkün qədər tez əldə olunmasında maraqlıdır.

Yenicag.az xəbər verir ki, bununla yanaşı Rusiya-Ermənistan münasibətlərinə də toxunub.

“Sülh müqaviləsinin hazırlanması ağır və çox məsuliyyətli bir prosesdir. Moskva istəyir ki, Ermənistanla Azərbaycan arasında dayanıqlı sülh mümkün qədər tez təmin edilsin. Lakin bu sənəd region üçün mühüm əhəmiyyət kəsb edir və tərəflərin qarşılıqlı narahatlıqlarını ədalətli şəkildə həll etməlidir, tərəflərdən heç biri “acı təəssürat” yaşamamalıdır”, – deyə rusiyalı diplomat bildirib.

O qeyd edib ki, Rusiya həmişə erməni və azərbaycanlı tərəfdaşlarına münasibətlərin tənzimlənməsində dəstək göstərməyə hazırdır:

“Bu dəstək həm ikitərəfli formatda, həm də Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə əldə olunmuş üçtərəfli razılaşmaların ruhuna və müddəalarına əsasən həyata keçirilə bilər. Lakin belə bir dəstəyin forması və miqyası danışıqlar aparan tərəflərin özləri tərəfindən seçilməlidir”.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun son bəyanatlarından sonra Kopırkin faktiki olaraq Moskvanın İrəvan Bakı arasında sülh yalnız Rusiyanın iştirakı ilə, üçtərəfli razılaşmalar çərçivəsində mümkündür tezisini təkrarlayıb.

Eyni zamanda, Lavrov noyabrın əvvəlində bəyan edib ki, Ermənistan və Azərbaycan arasında yaxın vaxtlarda sülhə nail olmaq mümkün deyil. Bu, İrəvanda və Bakıda tərəflərin sülh sazişinin mətninin 80-90 faizi üzərində razılığa gəlindiyi barədə bəyanatlar fonunda səslənib. Lavrovun fikrincə, uzun illər davam edən qarşıdurma və insan tələfatı tərəflərin sülh prosesində çətinliklər yaşayacağını göstərir. O, həmçinin qeyd edib ki, bu proses yalnız tərəflərin əhəmiyyətli səyləri və zaman tələb edir.

Baş nazir Nikol Paşinyan isə öz müsahibəsində demarkasiya prosesinin növbəti mərhələsi barədə danışaraq bəyan edib ki, Avropa İttifaqının mülki missiyası yalnız sərhədlər müəyyən edildikdən sonra Azərbaycanla sərhəddən çıxacaq. Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyev isə bildirib ki, Ermənistanla danışıqlar COP29 Beynəlxalq İqlim Sammitindən sonra davam edəcək və Bakının birbaşa danışıqların daha effektiv olduğu mövqeyində qaldığını vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Moskva sülh prosesində əldə olunan əhəmiyyətli irəliləyişi alqışlayır. Lakin Rusiya Qərbin vasitəçiliyi ilə keçirilən birbaşa danışıqları öz maraqlarına təhlükə kimi qəbul edir. Lavrov xüsusi vurğulayıb ki, kollektiv Qərbin Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsi prosesindən Rusiyanı uzaqlaşdırmaq cəhdləri regionda təhlükəsizliyə təhdidləri artırır.

Kopırkin həmçinin qeyd edib ki, Rusiya Ermənistanın təhlükəsizliyini həm ikitərəfli formatda, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində təmin etmək öhdəliklərinə sadiqdir:

“Biz inanırıq ki, Rusiya-Ermənistan müttəfiq əməkdaşlığına, o cümlədən KTMT çərçivəsində əməkdaşlığa heç bir alternativ yoxdur”.

Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT ilə əməkdaşlığı dondurduğunu bir neçə dəfə bəyan edib və təşkilatı Ermənistan üçün “təhlükəsizlik təhdidi” adlandırıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu fikirlərlə razılaşmayaraq vurğulayıb ki, KTMT heç bir təhlükə yaratmır, əksinə, üzv dövlətlərin suverenliyini qorumağa yönəlib.

COP29

www.yenicag.az

67
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv