Rusiyanın Aİ missiyasının heyətinin sayı azaldılır
Aİ Rusiyanın ittifaq yanındakı missiyasının heyətini 40 nəfərə qədər azaltmaq barədə qərar qəbul edib.
Yenicag.az xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
“Mən Rusiyanın Avropa İttifaqı yanındakı missiyasının maksimum sayını 40 nəfərə qədər azaltmaq qərarına gəldim”, – o deyib.
Kallas Aİ xarici işlər nazirlərinin 24 fevrala qədər 20-ci sanksiyalar paketinin qəbulu ilə bağlı razılığa gələ bilmədiklərini də bəyan edib.













