!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın cəzalandırılmasına Azərbaycandan TƏKAN: “Moskva yenə uyğun məqam gözləyir” - Politoloq

!Reklam – Yazi

“Çexiyadakı partlayışların detalları ortaya çıxandan sonra Rusiyalı məmurlara və o ölkənin şirkətlərinə qarşı sanksiyaların gerçəkləşəcəyi görünür”.

ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Rusiya rəhbərliyi həbsdə olan müxalifət lideri Aleksey Navalnının başına gələn hər şeyə görə cavabdehdir. Əgər Navalnı həbsxanada ölərsə, bununla bağlı ABŞ tərəfinin Rusiyaya bir cavabı olacaq.

Politoloq Züriyə Qarayeva Yenicag.az-a açıqlamasında bu mesajlar fonunda ABŞ-ın Rusiyaya qarşı sanksiyaları daha da genişləndirəcəyi ehtimalını dəyərləndirib.

Onun sözlərinə görə, Rusiya əleyhinə sanksiyaların sərtləşdirilməsi Vaşinqton-Moskva münasibətlərini daha da gərginləşdirə bilər:

“ABŞ prezidenti Baydenin Rusiya prezidentinə görüşmək təklifi 1986-cı ildə Reykyavikdə SSRİ və ABŞ prezidentləri Mixail Qorbaçov və Ronald Reyqan arasında görüşün keçirildiyini xatırladır. O görüş “ilk soyuq müharibədə gərginliyin artmasından gərginliyin azalması” üçün vasitəyə çevrildi.

Bu, Putinə və Baydenə Qorbaçovla Reyqanın əldə etdiyi anlaşmanı təkrarlamağa imkan verəcəkdi. Əslində görünən budur ki, Rusiya lideri Vladimir Putin və Cozef Bayden arasında görüş yaxın vaxtlarda baş tutmayacaqsa da, məsələ araşdırılır”.

Politoloq bildirib ki, Rusiya həmişə və hər yerdə olduğu kimi hiyləgərliklə uyğun məqamı gözləyir. Başqa sözlə, Moskva ABŞ sanksiyalarının sərtləşdiriləcəyi tədqirdə görüşdən imtina etməyi planlaşdırır:

“Çexiyadakı partlayışların detallı və təkzibolunmaz dəlilləri ortaya çıxandan sonra rus məmurlara və Rusiya şirkətlərinə qarşı sanksiyaların tətbiq olunacağı şübhəsizdir. Xatırladım ki, Rusiya hərbi kəşfiyyatının zabiti, “Aleksandr Petrov” kimi tanınan Aleksandr Mişkin və “Ruslan Boşirov” kimi tanınan Anatoli Çepiqa 15 oktyabr 2014-cü il tarixində bir sursat anbarında baş verən partlayışdan bir gün əvvəl Çexiyanın Vrbetitsa şəhərində həmin ərazidə olunblar. Əslində, partlayış konkret şəxsin aradan götürülməsinə hesablansa da, vaxtından əvvəl baş verdi”.

Züriyə Qarayeva bu fikirdədir ki, öz aqressiv siyasəti ilə bir çox ölkələrə daim problem yaradan Rusiyanın yeni sanksiyalara məruz qalması əksər dövlətlərin ürəyincədir:

“Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın işğalından azad edilmiş Şuşa şəhərinə atılan “İsgəndər-M” raketinin Rusiyadan ixracına qoyulan qadağa ilə əlaqədar əlamətdar bir açıqlama verdi: “Bu bölmə çıxışın rəsmi açıqlamasına daxil edilmədi. Çünki Rusiya ilə eyni ifadələrdən istifadə etdik. Cavabını bilməyimiz lazım olduğunu dedim. Təxminən 3 həftə keçdi. Azərbaycan Müdafiə Nazirliyi bir məmur, fotoşəkilləri, dəlillər və 4 aprel tarixli bir məktub. Hansı raketlər olduqlarını soruşduq. Günlər keçdi və cavab yoxdur”.

Hesab edirəm ki, ermənilərə açıq dəstəyi getdikcə artan Rusiya ilə bağlı sərt mövqeyimizi ortaya qoymaqla, imperialist təxəyyüllü Kremlin cəzalandırılmasına öz töhfəmizi verə bilərik”.

Gülşən Şərif

www.yenicag.az

567
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv