"Rusiyanın heç vaxt əraziləri ələ keçirmək məqsədi olmayıb" - Lavrov
“MDB ümid edir ki, Ermənistanla Azərbaycan arasında Vaşinqtonda imzalanmış sənədlər sülh sazişi üçün əsas olacaq”.
Yenicag.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Rusiyanın heç vaxt heç bir ərazini ələ keçirmək məqsədi olmayıb, ancaq rusları qorumaq istəyib.
Bir daha vurğulamaq istəyirəm: biz heç vaxt sadəcə olaraq bəzi əraziləri ələ keçirməli olduğumuz barədə danışmamışıq. Nə Krım, nə Donbass, nə də Novorossiya! Bizim ərazilərə heç vaxt iddiamız olmayıb. Məqsədimiz xalqı, əsrlər boyu bu torpaqlarda yaşayan, bu torpaqları inkişaf etdirən xalqı, rus xalqını qorumaq idi”, – deyə o qeyd edib.