Rusiyanın müharibəni digər ölkələrə yayma CƏHDİ: "Moskvanın müəyyən təxribatlar həyata keçirməsi..."

media-hightechnic-468x90

“NATO ölkələri hələlik Rusiyanın hava hücumlarına qarşı tam sistemli müdafiə qurmaq imkanına malik deyil”.

Bunu Yenicag.az-a açıqlamasında Estoniyanın Rusiya ilə sərhəddə xəndək qazmasından danışan hərbi ekspert Ədalət Verdiyev deyib.media-edalet-verdiyev

Ekspert bildirib ki, son günlər Rusiya NATO-nun şərq cinahını kifayət qədər intensiv şəkildə gərgin vəziyyətdə saxlamağa çalışır:

“Əvvəllər biz bunu Rusiya döyüş təyyarələrinin NATO ölkələrinin sərhədlərinə yaxın uçuşlarında müşahidə edirdik. İndi isə Rusiya Polşa və Rumıniya ərazilərinə qarşı özünəməxsus vasitələrlə kəşfiyyat uçuşları həyata keçirir. Bununla da Avropanı Rusiyaya qarşı gərginlik içində saxlamağa çalışır. Onları Ukraynaya yardım göstərmək əvəzinə öz imkanlarını və hərbi potensiallarını artırmağa vadar edir.

Rusiyaya daha yaxın olan ölkələr, xüsusilə də Baltikyanı dövlətlər, Rumıniya və Polşa qabaqlayıcı tədbirlər görmək üçün böyük resurslar sərf etməyə məcburdur. Hazırda, təbii ki, Rusiya NATO-ya qarşı real və genişmiqyaslı döyüş əməliyyatlarına və ya müharibəyə başlamağa hazır deyil. Amma məlumdur ki, Rusiyanın növbəti addımlarını tam dəqiqliklə əvvəlcədən proqnozlaşdırmaq da mümkün deyil. Ona görə də Estoniya və digər yaxın ölkələr müdafiə imkanlarını gücləndirmək istiqamətində addımlarını artırır.

Lakin bu addımların Rusiyanın təxribatlarının qarşısını alıb-almayacağı böyük sual altındadır. Real baxışla desək, Rusiyanın yaxın 1–2 il ərzində NATO ölkələri ərazisinə qoşun və zirehli texnika yeridəcəyi proqnozlaşdırılmır. Amma pilotsuz uçuş aparatları ilə hücumlar və müəyyən təxribatların həyata keçirilməsi tamamilə mümkündür.

Ona görə də Rusiyaya qonşu ölkələr səngərlərlə yanaşı, hava hücumundan müdafiə sistemlərini də gücləndirməlidir. Biz Polşa nümunəsində gördük ki, Rusiyadan gələn dronların qarşısını NATO-nun bahalı hava hücumundan müdafiə və zenit-raket kompleksləri yalnız təxminən 25 faiz hallarda ala bildi. Qalanları isə ölkələrin hava məkanına daxil olub, hətta iri şəhərlərin üzərində dövrə vura bildilər. Bu isə onu göstərir ki, NATO ölkələri hələlik Rusiyanın hava hücumlarına qarşı tam sistemli müdafiə qurmaq imkanına malik deyil”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa